İqtisadiyyat və Ticarət
  • İqtisadiyyat
  •   İqtisadiyyat və Ticarət
  •  
     

    ​Şöbənin məqsədi Azərbaycan və İsrail arasında müvafiq sahələrdə biznes imkanlarını inkişaf etdirməkdir. Beləliklə, şöbə müvafiq məlumatları toplayır və maraq qrupları ilə bölüşür; Həm Azərbaycan, həm də İsraildə bizneslər arası, biznes və dövlət arasında görüşlərə təşəbbüs göstərir və onları təşkil edir; Azərbaycandan və Azərbaycana işgüzar şəxslərdən ibarət nümayəndə heyətinin səfərələrini təşkilinə təşəbbüs göstərir; Ticarət sərgilərini diqqətdə saxlayır və hər iki ölkədən olan işgüzar şəxslərə müvafiq vaxtlarda kömək göstərir.

    Israildə və ya İsraillilərlə bizneslə məşğul olarkən bilmək istəyəcəyiniz 10 xüsusiyyət:

    1. Prezident İqtisadiyyatın müxtəliflik proqramına böyük dəstək olur. Bugünlərdə istehsalat   sənayesi Ümumdaxil Məhsulun 66 faizi hesab edilir, lakin aparıcı şirkətlər tərəfindən digər sahələrdə bizneslə məşğul olma marağı genişdir.
    2. Baxmayaraq ki, Rusiya və Türkiyə yerli bazarda üstünlüyü ilə seçilir, İsrail məhsulları da çox yüksək nüfuza malikdir.
    3. Yaxın və eyni zamanda çox səmimi siyasi münasibətlər biznes atmosferində çox müsbət və birbaşa təsirə malikdirlər. 
    4. Bazarın bir sıra sahələrində texnologiya bolluğuna baxmayaraq, insan kapitalı diqqət verilməli sahələrdəndir.
    5. Yerli biznesmenlər resurslara sahibdirlər və biznesə can atırlar. Yaxşı biznes ideyası hər hansı sahədə olan öncəki fəaliyyətlərdən daha münasibdir.
    6. Email və ya telefon vasitəsi ilə bizneslə məşğul olacağınızı ağlınıza belə gətirməyin! Qeyri formal və birbaşa əlaqə mühimdir və bir sıra digər nəzərdə tutulanları əvəz edə bilər.
    7. Yerli biznesmenlər adi satıcı qabiliyyətli şəxslər deyil, birbaşa tərəfdaş axtarırlar. Əsasən bura gəlib "satıb-qaçan" biznesmenlərə qarşı məxsusi bir şübhə vardır.
    8. Əsas açar söz: "Cəlb etmək"dir. Zəng et onlara! Onların sənə zəng etməklərini gözləmə!
    9. Kənd təsərrüfatı, İnformasiya texnoogiyaları, tikinti, Milli Təhlükəsizlik əsas maraq sahələridir.
    10. 3cü dünya ölkələri ilə ixracat ünvanı kimi istənilən əlaqə çöx mühim üstünlükdür. 
     
    Israildə və ya İsraillilərlə bizneslə məşğul olarkən bilmək istəyəcəyiniz 10 xüsusiyyət: 
    Israilin ən geniş ixracat sahəsi Yüksək-Texnologiyalardır və əsas ixracat ünvanı olan ölkələr AB və ABŞ-dır. Bu yuxarıda adı çəkilən bazarlara yüksək dərəcəli biliyin daxil olmasının göstəricisidir, hansından ki, siz istifadə edə bilərisiniz.
    İsraillilər xarakter baxımından hədsiz çevik, tez uyğunlaşan, lakin professional tələblərdə çox ciddidirlər. Ödəməli olacağın "əmtəə"nin necə olduğunu öyrən. İsrail hökuməti Azərbaycan dövləti ilə olan biznesə həvəsləndirir və bir neçə yollarla dəstək olur: bazarla bağlı informasiyaya ulaşma, biznesə sığorta, turların və səfərlərin təşkili və.s.İsrailliler demək olar ki, çox birbaşa rəftar edirlər. Bu sizə sizin hal-hazırki yeriniz barəsində yaxşı göstərici verəcəkdir.İsrail sənayesi Tədqiqat və İnkişafa böyük məbləğdə pul yatırır, hansından ki, siz yararlana bilərsiniz.İsrail Akademiyası çox yaxından İsrail Sənayesi ilə əlaqəlidir.Alternative Enerji, Su resusrlarının idarə edilməsi, Kənd Təsərrüfatı, İnfrastruktur, Milli Təhlükəsizlik- bütün bunlar İsrail biznes adamı üçün yüksək maraq daşıyan səhələrdir.  İsrailə səfər etmək və deyilənləri öz gözləriniz ilə yaxından görmək cəlbolunmanın ən əla formasıdır.Bakıdakı İsrail Səfirliyi sizə İsraillilər ilə biznes aparmaq üçün bir geniş sıra vasitələr təklif edir.
     
  
  
  
  
İqtisadiyyat