İsrail Dövlətinin hər bir vətəndaşı və yahud İsrail Dövlətinində daim yaşayan İsrail vətəndaşı, 16 yaş yarıma çatdıqda, Müdafiə Nazirliyinin Qanununa görə, İsrail Müdafiə Nazirliyin orqanlarına öz hərbi statusunu müəyyən etmək üçün müraciyyət etməlidir. İsrail vətəndaşı xaricdə olarkən, bu məsələni həll etmək üçün, İsrail Səfirliyinə müraciyyət etməlidir. Hərbi xidmətinə təyin edilmiş və ümumi çağırış qaydasında hesabat verməyə çağırılan şəxs, İsraildə, sərəncamda göstərilən vaxt və yerdə, hesabat verməlidir. Lakin, xaricdədirsə, qeydiyyatdan keçmək üçün İsrail Səfirliyində, diplomatik və konsulluq nümayəndəsinə məlumat verə bilərsiniz. Qeydiyyat prosedurun alınma zamanı, hərbi xidmətinin vaxtını təxirə sala bilərsiz.
• Ətraflı məlumat üçün, Xarici İşlər Nazirliyin saytında buraya tıklayın:
İngilis dilində,
İvrit dilində• Ətraflı məlumat üçün, METAV saytında buraya tıklayın:
İvrit dilində
Aşağıdakı formaları doldurun 1. Qeydiyyat sənədin doldurulması ilə həyata keçirilir. Qeydiyyat formu / Xaricdə yaşayan İsrail vətəndaşı üçün hərbi xidmətin təxirə salınması ərizəsi (forma 7202) -
formanı yükləmək üçün buraya tıklayın.
2. "Xaricdə yaşayan İsrail vətəndaşı üçün qeydiyyat" forması -
formanı yükləmək üçün buraya tıklayın.
3. İsrail pasportunun sürəti.
Bütün formalar Sokhnutda ivrit dilində doldurula bilər.
Ünvan: Bəşir Səfər oğlu küç. 191 m. 42/44
telefon: 012-4930756
Diqqət: 7202 formasını İsrail səfirliyində, Konsul qarşısında imzalamalısınız
Diqqət: METAV şöbəsindən təsdiq 4-8 həftə ərzində cavablanır, xahiş edirəm səbr edin. İsrailə yaxın vaxt ərzində uçmaq tələb olunarsa, bu barədə Səfirlyin əməkdaşına xəbər edin.
Konsulluq Şəbəsini ziyarət etdikdə üzərinizdə düzgün sənəd olmalıdır.
a) qəbul günləri və saatları:
Bazar ertəsindən cümə gününə qədər - 10: 00-dan 13: 00-dək
b) Təhlükəsizlik proseduruna riayət edin:
- Şəxsiyyətinizi tanıdan şəkilli bir sənədiniz olmalıdır.
- Hər bir ziyarətçi və onun əşyası təhlükəsizlik əməkdaşlarının nəzarəti altına alınmalıdır.
Təhlükəsizlik məqsədi ilə, səfirliyə heç bir şəxsi əşyaların gətirilməsinə icazə verilməyəcək,
çantalar, mobil telefonlar və elektron qurğular.
- Səfirliyə böyük çantalar və ya çamadanlar gətirmək olmaz.
- Qida və / və ya içki, şüşə və yaxud qablar gətirmək olmaz.
- Təhlükəsizlik xidmətinin təlimatlarına hər zaman riayət edilməlidir.
İsrail hərbi xidmətinin təxirə salınması və məhdudiyyətləri
İsrail hərbi xidmətinin təxirə salınması və məhdudiyyətləri barədə qərar qəbul edildikdə, valideynləri ilə birlikdə, xaricdə yaşayan İsrail vətəndaşı, diplomatik / konsulluq nümayəndəsindən ətraflı məlumat ala bilər.