Ümumi məlumat

Ümumi Məlumat

  •    
     Yalnız fövqəladə hallar üçün telefon: + 994-12 490 78 81
  •  
     
     
    GÖMRÜK MƏSƏLƏLƏR HAQQINDA MƏLUMAT

    Azərbaycanda xalça, gümüş və polad əşyaları daxil olmaqla incəsənət obyektlərinin ölkədən çixarılmasına dair sərt qaydalar mövcütdur. Buna görə, alış zamanı siz əşyaların alışına və ölkədən çıxarılmasına icazə verən“Şəhadətnamə” sertifikatı almalısınız. Sertifikat mağazada əldə olunur. əşyanı bu sertifikat olmadan ölkədən çıxarılması gecikmələr, cərimələr və bəzi hallarda mühakimə və azadlıqdan məhkum olmaqla nəticələnə bilər.
    Azərbaycan qanunvericiliyinə görə 10,000 - 50,000 dollar məbləği ilə ölkəyə daxil olarkən deklarasiya etməlisiz. Ölkəyə bundan artıq məbləğ gətirmək mümkün deyil. Bundan əlavə, 10,000 dollardan çox məbləğdə pul ölkədən çıxartmaq mümkün deyil (hətta Bank və ya başqa tərəfdən icazə olsa).
    Qeyd edək ki, aşağıdakı əşyaların ölkədən çıxarılmasına dair məhdudiyyətlər mövcüddur:
    20 qramdan artıq qızıl, 0.5 karatdan artıq briliant, 600 qramdan (3 paket) artıq tütün, 3 litrdən artıq içki və şərablar, 125 qramdan artıq kürü.
    Ətraflı məlumat üçün xahiş olunur sərhəd xidmətinin rəsmi səhifəsinə daxil olasınız: http://customs.gov.az/az/

     
    HƏRBİ MƏSƏLƏLƏR HAQQINDA MƏLUMAT
    İsrailin Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlığı olan İsrail vətəndaşına Azərbaycana daxil olmazdan əvvəl Azərbaycanın səlahiyyətli orqanları tərəfindən tələb olunan Azərbaycan ordu sıralarına çağrışının olub olmadığını yoxlamasını məsləhət görür.
    İsrailin Xarici İşlər Nazirliyi bildirmək istərdi ki, Azərbaycanla ikiqat hərbi xidmət haqqında heç bir saziş mövcud deyil və İsraildə hərbi xidmətdə olan İsrail vətəndaşının Azərbaycanda hərbi xidmətdən azad olacağına dair istisna yoxdur.
    Bu məsləhətə diqqətsiz yanaşan Azərbaycan vətəndaşlığı olan İsrail vətəndaşı Azərbaycana girdikdən sonra, Azərbaycan ordu sıralarında adı keçərək Azərbaycandakı hərbi xidmətini bitirməyənə qədər Azərbaycan səlahiyyətli orqanları tərəfindən Azərbaycanı tərk etməməsi tələb oluna bilər.
    Onu da qeyd edək ki, Azərbaycan qanuna görə, Azərbaycan vətəndaşlığından imtina Azərbaycan səlahiyyətli orqanları tərəfindən təsdiq edildikdən sonra mümkündür.
     
    Azərbaycan vətəndaşı olan, Azərbaycan pasportuna sahib olan və ya əslən Azərbaycandan olan İsrail vətəndaşları, İsraili tərk etməmişdən əvvəl, Azərbaycan rəsmi qurumlardan, Azərbaycanda hərbi xidmətə dair öz statusunuzu dəqiqləşdirin.
    Xarici İşlər Nazirliyi xəbərdarləq edir ki, Azərbaycan ilə hərbi xidmətə dair razılaşma yoxdur və İsrailin Müdafiə Qüvvələrində xidmət etmiş İsrail vətəndaşı Azərbaycanda hərbi xidmətdən azad olunmur, və vətəndaş öz statusunu müəyyən etməzsə, onun Azərbyacana daxil olduqu zaman hərbi xidmətə cəlb olunması gözlənilir. O, ancaq status dəqiqləşəndən sonra ölkəni tərk edə biləcək.
     
    DAĞLIQ QARABAĞ SƏRHƏDİ və EKSTRADİSİYA HAQQINDA MƏLUMAT
    1990-ci illərdə Ermənistan Dağlıq Qarabağ və digər 7 rayon üzərində nəzarəti ələ keçirib.
    Azərbaycan qanunveriliciyinə əsasən, xarici vətəndaşların Azərbaycan Hökümətinin icazəsi olmadan bu əraziyə daxil olması yerli qanunların pozulmasıdır. Bu qanunu pozanlar qara siyahıya daxil edilir və Azərbaycan ərazisinə gəldikdə saxlanıla və mühakimə oluna bilərlər.
    Bununla yanaşı, Azərbaycan hökümətinin xahişi ilə bu insanlar üçüncü ölkə ərazisində saxlanıla və Azərbaycana ekstradisiya oluna bilərlər.
    Bu rayonların siyahısı:
    A. Dağlıq Qarabağ aşağıdakı əraziləri əhatə edir: Xocəvənd, Xocalı, Şuşa, Tərtər
    B. Dağlıq Qarabağı əhatə edən 5 rayon: Laçın, Zəngilan, Qubadlı, Cəbrayil
    C. Qismən Ermənistanın nəzərətində olan iki rayon: Fizuli, Ağdam
     
    MİGRASİYA MƏSƏLƏLƏR HAQQINDA MƏLUMAT
    Azərbaycanda 15 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkəyə gəldikləri vaxtdan 15 gün ərzində Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyatdan keçməlidirlər.
    Əlavə məlumat üçün: (012) 919; www.migration.gov.az
     
    REPATRİASİYA MƏSƏLƏLƏR HAQQINDA MƏLUMAT 
    1 may 2017-i il tarixindən etibarən, İsrail Dövlətinin səfirliyi nəznində faliyyət göstərən Repatriasiya üzrə şöbənin işi ilə bağlı bütün suallar, şərhlər və şikayətlər aşağıdaki elektron ünvan vasitəsi ilə İsrailin Baş Naziri ofisi nəznində olan “Nativ” təşkilatının Vətəndaşların müraciətləri şöbəsinə göndərilməlidir: pniot@nativ.gov.il
     
    AZƏRBAYCAN VİZASININ ALINMASI HAQQINDA MƏLUMAT
    2017-i ilin Yanvar ayının 10-dan etibarən, Azərbaycana səfər etmək istəyən İsrail vətəndaşları VİZANI Hava Limanından əlavə olaraq www.eviza.gov.az saytına təlimatlara əsasən müraciyyət edib ala bilərlər.
    Üç gün müddətinə viza almaq mümkün olacaq.
    Viza rüsumu Hava Limanında (nəğd) və www.eviza.gov.az saytında (kredit kartı ilə) 23$ ödənilməlidir.
     
     
     
     
  •