Polisdən Arayış, bir müddət İsrail ərazisində yaşayan və onun hökumət ilə və ya xansı bir xarici qurum tərəfindən məhkum edilməməsi və ya cinayət prosesində iştirak etməməsini sübut edən bir sənətdir.
Qanuna əsasən, bu sənəd ərizəçiyə verilə bilməz, əksinə onu tələb edən rəsmi quruma göndərilir. İsrail Səfirliyinin Arayış üçün, İsrail Polisinə, Konsulluq şöbəsi vasitəsilə müraciət edə bilərsiniz.
Ərizənin təqdim edildikdən sonra baxılma müddəti ( 4-6 həftədir). Polisdən Arayış xüsusi məktubla, birbaşa istənilən quruma göndərilir. Konsulluq şöbəsinə müraciətinizin statusu ilə bağlı sualları, yalnız 4 həftə keçəndən sonra verə bilərsiz.
Polis Arayışı İngilis və İvrit dilində çap olunur.
Ətraflı məlumat üçün Xarici İşlər Nazirliyin veb saytına müraciyyət edə bilərsiz: İvrit dilində, İngilis dilində
1. Aşağıdakı sənədləri təqdim etməlisiz
1. Polis Arayışını almaq üçün ərizə forması (formanı endirmək üçün buraya tıklayın)
2. İsrail vətəndaşı olanlar üçün "Xaricdə yaşayan İsrail vətəndaşı üçün qeydiyyat" forması (formanı endirmək üçün buraya tıklayın)
3. Ərizəçinin pasportunun fotosürəti
4. Sənədi tələb edən qurumun tam məlumatları (Adı, Telefonu və ünvanı).
Bütün formalar Sokhnutda ivrit dilində doldurula bilər.
Ünvan: Bəşir Səfər oğlu küç. 191 m. 42/44
telefon: 012-4930756
2. Apostil üçün tutulan rüsümu Səfirliyin Konsulluq Şöbəsində sənədlərin yoxlanmasından sonra Bankda ödəyə bilərsiz:
İsrailin Bakıdakı səfirliyi
IBAN: AZ25IBAZ39010029449414078201
TAX ID: 9900079761
IBAR "Abşeron" filialı
Kod: 805539
TAX ID: 9900001881
Corr.Acc .: AZ03NABZ01350100000000002944
S.W.I.F.T .: IBAZAZ2X
3. Konsulluq Şəbəsini ziyarət etdikdə üzərinizdə düzgün sənəd olmalıdır:
a) qəbul günləri və saatları:
Bazar ertəsindən cümə gününə qədər - 10: 00-dan 13: 00-dək
b) Təhlükəsizlik proseduruna riayət edin:
- Şəxsiyyətinizi tanıdan şəkilli bir sənədiniz olmalıdır.
- Hər bir ziyarətçi və onun əşyası təhlükəsizlik əməkdaşlarının nəzarəti altına alınmalıdır.
Təhlükəsizlik məqsədi ilə, səfirliyə heç bir şəxsi əşyaların gətirilməsinə icazə verilməyəcək,çantalar, mobil telefonlar və elektron qurğular.
- Səfirliyə böyük çantalar və ya çamadanlar gətirmək olmaz.
- Qida və / və ya içki, şüşə və yaxud qablar gətirmək olmaz.
- Təhlükəsizlik xidmətinin təlimatlarına hər zaman riayət edilməlidir.