Vətəndaşların qeydiyyatı

Vətəndaşların qeydiyyatı

  •  
     

    ​İsrailin Dövlətinin xaricdəki səfirlikləri, əhalinin Qeydiyyat Qanununun müddəalarına əsasən tələb olunan bəzi xidmətləri ilə xaricdə qalan İsrail vətəndaşlarını təmin edir.
    Məlumat əldə etmək üçün və hazırdakı statusunuz barəsində sənədləri əldə etmək üçün (doğum haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə, vətəndaşlıq və ya İsrailin giriş və çıxışları haqqında qeydlər) konsulluğ şöbəsinə müraciət edə bilərsiniz. Qanuna əsasən, İsrail vətəndaşı hadisədən 30 gün müddətində onların ailə vəziyyəti və ya yeni uşağın doğulduğu halda, hər hansı bir dəyişiklik barədə, məlumat verməlidir.

    Doğum haqqında şəhadətnamə / Ölüm haqqında şəhadətnamə / Qeydiyatdan çıxarış / İsrailə giriş və çıxış qeydləri ərizələri əldə etmək üçün müraciyyət

    İsrail Vətəndaşlığını sübut edən Sənəd / və ya İsrail Vətəndaşlığın olmamasına aid olan Sənəd

    Ailə vəziyyətində dəyişiklik barədə xəbərdarlıq

    Xaricdə doğulmuş uşağın İsrail vətəndaşlığın qeydiyyat prosesi

    Ad dəyişmə xəbərdarlıq proseduru

    İsrail vətəndaşlığından imtina etmək prosesi


    Doğum haqqında şəhadətnamə / Ölüm haqqında şəhadətnamə / Qeydiyatdan çıxarış / İsrailə giriş və çıxış qeydləri ərizələri əldə etmək üçün müraciyyət

    Bu bölmədə yalnız sənədlərinin birini əldə etmək üçün müraciət prosesini əks etdirir:
    •  Qeydiyyatdan çıxarış - 2 növ olur:
          1) Standart - aşağıdakı məlumatı daxil edin: İsrailli şəxsiyyət vəsiqəsinin nömrəsi, soyadınız, adınız, valideynlərinizin adları, doğulduğunuz tarix, doğulduğunuz yer, “Aliyanın” tarixi, vətəndaşlığınız,ailə statusunuz, ünvanınız.
           2) Genişləndirilmiş - aşağıdakı məlumatı daxil edin: bütün Standart məlumatlar və: Əvvəlki adlarınız, uşaqlarınız, ərlər-arvadlar və valideynlərinizin detalları, əvvəlki ünvanlarınız, əvvəlki nikah / boşanma / dulluq tarixləri, din və milliyyətiniz.
    Xahiş edirik lazım olan ərizəni göstərin
    • Doğum haqqında şəhadətnamə (İvrit və ya İngilis dilində)
    • Ölüm haqqında şəhadətnamə
    • İsrailə giriş və çıxışlarının qeydləri.
    Ərizə təqdim edildikdən sonra istədiyiniz sənədlər (iki həftədən dörd həftə ərzində) Sizə verilir.
    Diqqət. Bu ərizəyə əsasən əvvəlcədən mövcud olan bir sənədinizi əldə edə bilərsiz. Məsələn, doğum haqqında şəhadətnamənizi, niqah haqqında şəhadətnamənizi və ya ailə üzvünüzün ölüm haqqında şəhadətnaməsini. Bu ərizəyə əsasən Siz  uşaqın doğulmasını, nikah, boşanma və s. kimi status dəyişikliyi EDƏ BİLMƏZSİZ.
    Müraciət Üçün
    1. Aşağıdakı sənədləri təqdim edin:
       • "Əhali Reyestrindən sənədlərin alınması üçün müraciət" – endirmək üçün bura tıklayın
       • "Xaricdə yaşayan İsrail vətəndaşı üçün qeydiyyat" – endirmək üçün bura tıklayın
    Prosedur ödənişsizdir, Apostil tələb olunsa ödənişlidir.
    Diqqət. Doğum haqqında şəhadətnaməni İngilis dilində əldə etmək üçün ərizə mütləq İngilis dilində doldurulmalıdır.

    Sokhnutda bütün ərizələri İvrit və ya İngilis dillərində doldura bilərsiz.
                 Ünvan: Bəşir Səfər oğlu küç. 191 m. 42/44
                 telefon: 012-4930756

    2. Apostil üçün tutulan rüsümu Səfirliyin Konsulluq Şöbəsində sənədlərin yoxlanmasından sonra Bankda ödəyə bilərsiz:
           İsrailin Bakıdakı səfirliyi
    IBAN: AZ25IBAZ39010029449414078201
    TAX ID: 9900079761
    IBAR "Abşeron" filialı
    Kod: 805539
    TAX ID: 9900001881
    Corr.Acc .: AZ03NABZ01350100000000002944
    S.W.I.F.T .: IBAZAZ2X

    3.Konsulluq Şəbəsini ziyarət etdikdə üzərinizdə düzgün sənəd olmalıdır.    
     a) qəbul günləri və saatları:
          Bazar ertəsindən cümə gününə qədər - 10: 00-dan 13: 00-dək
      b) Təhlükəsizlik proseduruna riayət edin:
         - Şəxsiyyətinizi tanıdan şəkilli bir sənədiniz olmalıdır.
         - Hər bir ziyarətçi və onun əşyası təhlükəsizlik əməkdaşlarının nəzarəti altına alınmalıdır.
         Təhlükəsizlik məqsədi ilə, səfirliyə heç bir şəxsi əşyaların gətirilməsinə icazə verilməyəcək,
    çantalar, mobil telefonlar və elektron qurğular.
         - Səfirliyə böyük çantalar və ya çamadanlar gətirmək olmaz.
         - Qida və / və ya içki, şüşə və yaxud qablar gətirmək olmaz.
         - Təhlükəsizlik xidmətinin təlimatlarına hər zaman riayət edilməlidir.

    İsrail Vətəndaşlığını sübut edən Sənəd / və ya İsrail Vətəndaşlığın olmamasına aid olan Sənəd
    Vətəndaşlıq Qanununun 15-ci maddəsinə əsasən, 5712 -1952 (Konsolidasiya edilmiş Versiyası), İsrail vətəndaşı, Daxili İşlər Nazirliyindən İsrail vətəndaşı olduğuna dair şəhadətnamə almağa haqqı var. Şəhadətnamə İvrit və İngilis dilində, habelə İsrail vətəndaşlığının alınması tarixini əldə edilə bilər. İkincisi ilə maraqlananlar bu halda diqqətli olmalıdırlar. Bəzən yerli hakimiyyət orqanları İsrail vətəndaşından sertifikatlaşdırılmasını tələb edəcək və bu hallarda yalnız etibarlı İsrail pasportu kifayət etmir. Şəhadətnaməni əldə etmək vaxtı üç-dörd həftə təşkil edir.
    Təqdim
    1. Aşağıdakı sənədləri təqdim edin:
       • İsrail vətəndaşlığını sübut edən Sənədi almaq  üçün ərizə doldurulmalıdır (İsrail vətəndaşı üçün Şəhadətnamə ərizəni endirmək üçün buraya tıklayın). - 2 nüsxəsini doldurun.
       • "Xaricdə qalan İsrail vətəndaşı üçün qeydiyyat ərizəsi" – endirmək üçün buraya tıklayın
       • şəxsiyyət vəsiqəsinin surəti və ərizəçinin pasportu.
    Ərizə təqdim edildikdən sonra şəhadətnamə üç-dörd həftə ərzində vətəndaşa təqdim edilir.
    Bütün formalar Sokhnutda ivrit və ya ingilis dillərində doldurula bilər.
                 Ünvan: Bəşir Səfər oğlu küç. 191 m. 42/44
                 Telefon: 012-4930756
    Bu vacibdir: Bütün sahələr doldurulmalıdır. Ərizənin Sizə müvafiq olmayan sahələrində oxudukdan sonra tire qoyun.

    2. Şəhadətnamə üçün tutulan rüsümu Səfirliyin Konsulluq Şöbəsində sənədlərin yoxlanmasından sonra Bankda ödəyə bilərsiz:
           İsrailin Bakıdakı səfirliyi
    IBAN: AZ25IBAZ39010029449414078201
    TAX ID: 9900079761
    IBAR "Abşeron" filialı
    Kod: 805539
    TAX ID: 9900001881
    Corr.Acc .: AZ03NABZ01350100000000002944
    S.W.I.F.T .: IBAZAZ2X
     
    3.Konsulluq Şəbəsini ziyarət etdikdə üzərinizdə düzgün sənəd olmalıdır.    
     a) qəbul günləri və saatları:
          Bazar ertəsindən cümə gününə qədər - 10: 00-dan 13: 00-dək
      b) Təhlükəsizlik proseduruna riayət edin:
         - Şəxsiyyətinizi tanıdan şəkilli bir sənədiniz olmalıdır.
         - Hər bir ziyarətçi və onun əşyası təhlükəsizlik əməkdaşlarının nəzarəti altına alınmalıdır.
         Təhlükəsizlik məqsədi ilə, səfirliyə heç bir şəxsi əşyaların gətirilməsinə icazə verilməyəcək,
    çantalar, mobil telefonlar və elektron qurğular.
         - Səfirliyə böyük çantalar və ya çamadanlar gətirmək olmaz.
         - Qida və / və ya içki, şüşə və yaxud qablar gətirmək olmaz.
         - Təhlükəsizlik xidmətinin təlimatlarına hər zaman riayət edilməlidir.

    Ailə vəziyyətində dəyişiklik barədə xəbərdarlıq
      Ailə vəziyyəti haqqında hər hansı bir dəyişiklik baş verirsə konsulluğa şəxsən müraciət etməyi və düzgün sənədləri təqdim etməyi tələb edilir:
    a) Konsulluq Xidmətləri saatında ziyarət etməlisiniz:
    qəbul günləri və saatları:
          Bazar ertəsindən cümə gününə qədər - 10: 00-dan 13: 00-dək
      b) Təhlükəsizlik proseduruna riayət edin:
         - Şəxsiyyətinizi tanıdan şəkilli bir sənədiniz olmalıdır.
         - Hər bir ziyarətçi və onun əşyası təhlükəsizlik əməkdaşlarının nəzarəti altına alınmalıdır.
         Təhlükəsizlik məqsədi ilə, səfirliyə heç bir şəxsi əşyaların gətirilməsinə icazə verilməyəcək,
    çantalar, mobil telefonlar və elektron qurğular.
         - Səfirliyə böyük çantalar və ya çamadanlar gətirmək olmaz.
         - Qida və / və ya içki, şüşə və yaxud qablar gətirmək olmaz.
         - Təhlükəsizlik xidmətinin təlimatlarına hər zaman riayət edilməlidir.

    Nikah haqqında xəbərdarlıq
    Xaricdə yaşayan İsrail vətəndaşı, səfirliyə şəxsən müraciət etməlidir.
    Qeyd: Tərəfdaşların ikisi də İsrail vətəndaşıdırsa ikisi də səfirliyə müraciət etməlidirlər. Tərəfdaşların biri İsrail vətəndaşıdırsa  yalnız o səfirliyə müraciət etməlidir.
    Aşağıdakı formları doldurun və Səfirliyə təqdim edin (imza qoyulmasın):
    1. Ailə statusu dəyişikliyinə dair yeni nigah statusunun Əhali Qeydiyyatını reyestrına xəbərdar edən xəbərdarlıq forması (Ailə vəziyyəti dəyişiklik xəbərdarlıq formasını endirmək üçün buraya tıklayın)
    2. "Xaricdə yaşayan İsrail vətəndaşı üçün qeydiyyat" forması-  endirmək üçün buraya tıklayın
    3. Orijinal nikah haqqında şəhadətnaməni “APOSTİL” ilə təsdiq etmək, ingilis və ya yəhudi dilinə tərcümə edib, tərcüməni “APOSTİL” ilə təsdiq etmək .
    4. İsrail vətəndaşının həyat yoldaşı Azərbaycan vətəndaşıdırsa, bu halda Azərbaycan vətəndaşının pasportunun foto səhifəsinin sürəti əlavə edilməlidir.
     
    Bütün formalar Sokhnutda ivrit dilində doldurula bilər.
                 Ünvan: Bəşir Səfər oğlu küç. 191 m. 42/44
                 telefon: 012-493075

    Boşanma haqqında xəbərdarlıq
    Xaricdə yaşayan İsrail vətəndaşı, səfirliyə şəxsən müraciət etməlidir.
    Qeyd: Tərəfdaşların ikisi də İsrail vətəndaşıdırsa ikisi də səfirliyə müraciət etməlidirlər. Tərəfdaşların biri İsrail vətəndaşıdırsa  yalnız o səfirliyə müraciət etməlidir.
    Aşağıdakı formları doldurun və Səfirliyə təqdim edin (imza qoyulmasın):
    1. Statusu dəyişikliyinə dair yeni boşanma statusunun Əhali Qeydiyyatını xəbərdar edən bildiriş forması (Ailə vəziyyəti dəyişiklik bildirişi formasını endirmək üçün buraya tıklayın)
    2. "Xaricdə yaşayan İsrail vətəndaşı üçün qeydiyyat" forması –endirmək üçün buraya tıklayın
    3. Orijinal boşanma haqqında şəhadətnaməni “APOSTİL” ilə təsdiq etmək, ingilis və ya yəhudi dilinə tərcümə edib, tərcüməni “APOSTİL” ilə təsdiq etmək .
              a. Boşanma haqqında şəhadətnamə və ya boşanma haqqında məhkəmə qərarı.
              b. Boşanma İsrailin Rabinat məhkəməsi vasitəsilə edildiyində - Məhkəmə qərarı İsrail Rabinat məhkəməsi tərəfindən təsdiq edilməlidir.
    4. İsrail vətəndaşının həyat yoldaşı Azərbaycan vətəndaşıdırsa, bu halda Azərbaycan vətəndaşının pasportunun foto səhifəsinin sürəti əlavə edilməlidir.
     
    Bütün formalar Sokhnutda ibrani ilə doldurula bilər.
                Ünvan: Bəşir Səfər oğlu küç. 191 m. 42/44
                telefon: 012-4930756
     
    Xidmət pulsuz təqdim olunur.

    Ölüm haqqında xəbərdarllıq
    Ölən İsrail vətəndaşının ailə üzvüsü ölüm haqqında şəhadətnaməni dərhal, şəxsən ölüm haqqında şəhadətnaməni Səfirliyə təqdim etməlidir.
          1. İSRAİL VƏTƏNDAŞININ / VƏ YAHUD REZİDENTİNİN ÖLÜM XƏBƏRDARLIĞI FORMASI (formanı yükləmək üçün buraya tıklayın)
    2. "Xaricdə yaşayan İsrail vətəndaşı üçün qeydiyyat" forması –endirmək üçün buraya tıklayın
    3. Orijinal ölüm haqqında şəhadətnaməni “APOSTİL” ilə təsdiq etmək, ingilis və ya yəhudi dilinə tərcümə edib, tərcüməni “APOSTİL” ilə təsdiq etmək .
    Xidmət pulsuz təqdim olunur.
     
    Bütün formalar Sokhnutda ivrit dilində doldurula bilər.
                Ünvan: Bəşir Səfər oğlu küç. 191 m. 42/44
                telefon: 012-4930756
    a) Konsulluq Xidmətləri saatında ziyarət etməlisiniz:
    qəbul günləri və saatları:
          Bazar ertəsindən cümə gününə qədər - 10: 00-dan 13: 00-dək
      b) Təhlükəsizlik proseduruna riayət edin:
         - Şəxsiyyətinizi tanıdan şəkilli bir sənədiniz olmalıdır.
         - Hər bir ziyarətçi və onun əşyası təhlükəsizlik əməkdaşlarının nəzarəti altına alınmalıdır.
         Təhlükəsizlik məqsədi ilə, səfirliyə heç bir şəxsi əşyaların gətirilməsinə icazə verilməyəcək,
    çantalar, mobil telefonlar və elektron qurğular.
         - Səfirliyə böyük çantalar və ya çamadanlar gətirmək olmaz.
         - Qida və / və ya içki, şüşə və yaxud qablar gətirmək olmaz.
         - Təhlükəsizlik xidmətinin təlimatlarına hər zaman riayət edilməlidir.
     
    Soyad seçimi barədə xəbərdarlıq:
    Evlilik və ya boşanma edən və yeni bir soyad seçmək istəyən İsrail vətəndaşı, səfirliyiə şəxsən müraciət etməlidir (Soyad seçmə xəbərdarlıq formasını yükləmək üçün buraya tıklayın), orijinal nikah və ya boşanma haqqında şəhadətnamə ilə birlikdə Səfirliyə yaxınlaşmalısız.
     
    Hər bir tərəfdaş, bu alternativlər əsasında nigah və ya boşanmadan sonra seçim edə bilər:
        
         1. Həyat yoldaşınızın mövcud soyadını seçə bilərsiz.
         2. indiki soyadınızı həyat yoldaşınızın soyadı ilə əlavə edə bilərsiz (iki SOYAD).
         3. Evlilikdən sonra yeni bir soyad seçə bilərsiz.
         4. Hər ikiniz soyadınıza yeni bir soyad  seçə bilərsiz.
          5.Boşanmadan sonra öz keçmiş soyadınızı seçə bilərsiz.

     
    Bütün formalar Sokhnutda ivrit dilində doldurula bilər.
                 Ünvan: Bəşir Səfər oğlu küç. 191 m. 42/44
                 telefon: 012-4930756
     
    Xidmət pulsuz təqdim olunur.

    Xaricdə doğulmuş uşağın İsrail vətəndaşlığın qeydiyyat prosesi
    Xaricdə doğulmuş uşağın İsrail vətəndaşlığın qeydiyyat prosesini həyata keçirmək üçün, İsrail vətəndaşı və onun uşağı, səfirlikdəki diplomatik / konsulluq nümayəndəsinin qarşısına şəxsən yaxınlaşmalıdırlar və qeydiyyat prosesini həyata keçirməlidirlər.
    NB: Ananın İsrail vətəndaşı olmadığı halda və uşağın valideynləri evli olmadıqları halda, və ya uşağın nikahdan 10 aydan az müddət sonra doğulduğu halda, İsrail vətəndaşı olan ata uşağı qeydiyyatdan keçirməzdən öncə təlimat üçün səfirliyə müraciət etməlidir .
    Konsulluq Şəbəsini ziyarət etdikdə üzərinizdə düzgün sənəd olmalıdır.    
     a) qəbul günləri və saatları:
          Bazar ertəsindən cümə gününə qədər - 10: 00-dan 13: 00-dək
      b) Təhlükəsizlik proseduruna riayət edin:
         - Şəxsiyyətinizi tanıdan şəkilli bir sənədiniz olmalıdır.
         - Hər bir ziyarətçi və onun əşyası təhlükəsizlik əməkdaşlarının nəzarəti altına alınmalıdır.
         Təhlükəsizlik məqsədi ilə, səfirliyə heç bir şəxsi əşyaların gətirilməsinə icazə verilməyəcək,
    çantalar, mobil telefonlar və elektron qurğular.
         - Səfirliyə böyük çantalar və ya çamadanlar gətirmək olmaz.
         - Qida və / və ya içki, şüşə və yaxud qablar gətirmək olmaz.
         - Təhlükəsizlik xidmətinin təlimatlarına hər zaman riayət edilməlidir.
    Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədləri təqdim edin:
     1. "Xaricdə İsrail vətəndaşının doğulması haqda bildirilməsi" formasını doldurun və imzalayın ("Xaricdə İsrail vətəndaşının doğulması haqda bildirilməsi" formasını yükləmək üçün buraya tıklayın)
    2. Orijinal doğum haqqında şəhadətnaməni “APOSTİL” ilə təsdiq etmək, ingilis və ya yəhudi dilinə tərcümə edib, tərcüməni “APOSTİL” ilə təsdiq etmək .
    3. Xəstəxanadan doğum haqqında arayış.
    4. Valideynlərin pasportlarının fotokopiləri.
     5. "Xaricdə yaşayan İsrail vətəndaşı üçün qeydiyyat" forması – endirmək üçün buraya tıklayın
    6. Əgər valideyinlər evlənib, amma İsrail Dövlətinin Əhali Reyestrində bu barədə heç bir qeyd yoxdursa,( APOSTİL ilə təsdiq olunmuş) nikah haqqında şəhadətnaməni və onun ingilis və ya yahudi dilinə tərcüməsini (APOSTİL ilə təsdiq edilmiş) təqdim etməlidirlər.
    “Ailə statusunun dəyişməsi (APOSTİL ilə təsdiq olunmuş orijinal sənəd, və APOSTİL ilə təsdiq olunmuş ivrit və ya ingilis dilinə olan təecüməsi)” formasını - endirmək üçün buraya tıklayın
     Xaricdə İsrail vətəndaşının doğulması haqda bildirilməsi" forması Səfirlikdə doldurula bilər.
    Bütün digər formalar Sokhnutda ivrit dilində doldurula bilər.           
     Ünvan: Bəşir Səfər oğlu küç. 191 m. 42/44          
      telefon: 012-4930756

    Ad dəyişmə xəbərdarlıq proseduru
    Ad dəyişmə
    xəbərdarlıq proseduru həyata keçirmək üçün İsrail vətəndaşı Səfirliyin diplomatik / konsulluq nümayəndəsi qarşısında şəxsən iştrak etməlidir.
    Səfirlik “Ad dəyişmə
    xəbərdarlıq proseduru” formasını İsrailə, Daxili İşlər Nazirliyinə göndərir. Ad dəyişikliyi təsdiq edildikdə, pasport müvafiq olaraq yenilənəcəkdir. (bu, səkkiz-on iki həftə arasında vaxt apara bilər).
    Ad dəyişikliyi həmçinin şəxsiyyət vəsiqəsində( teudat zeutda) edilməsi yalnız İsrail Dövlətinin Daxili İşlər Nazirliyində mümkündür.
    Konsulluq Şəbəsini ziyarət etdikdə üzərinizdə düzgün sənəd olmalıdır.     
     a) qəbul günləri və saatları:
          Bazar ertəsindən cümə gününə qədər - 10: 00-dan 13: 00-dək
      b) Təhlükəsizlik proseduruna riayət edin:
         - Şəxsiyyətinizi tanıdan şəkilli bir sənədiniz olmalıdır.
         - Hər bir ziyarətçi və onun əşyası təhlükəsizlik əməkdaşlarının nəzarəti altına alınmalıdır.
         Təhlükəsizlik məqsədi ilə, səfirliyə heç bir şəxsi əşyaların gətirilməsinə icazə verilməyəcək,
    çantalar, mobil telefonlar və elektron qurğular.
         - Səfirliyə böyük çantalar və ya çamadanlar gətirmək olmaz.
         - Qida və / və ya içki, şüşə və yaxud qablar gətirmək olmaz.
         - Təhlükəsizlik xidmətinin təlimatlarına hər zaman riayət edilməlidir.
    Ad dəyişmə xəbərdarlıq proseduruna aid olan sənədlər:
    1. İki nüsxədə "ad dəyişikliyinə dair bildiriş forması" doldurulmalıdır və imzalanmalıdır.
     “Ad dəyişmə xəbərdarlıq” formasını yükləmək üçün buraya tıklayın.
    2. İsrail pasportu.
    3. "Xaricdə yaşayan İsrail vətəndaşı üçün qeydiyyat" forması – endirmək üçün buraya tıklayın.
    Şəhadətnamə üçün tutulan rüsümu Səfirliyin Konsulluq Şöbəsində sənədlərin yoxlanmasından sonra Bankda ödəyə bilərsiz:
           İsrailin Bakıdakı səfirliyi
    IBAN: AZ25IBAZ39010029449414078201
    TAX ID: 9900079761
    IBAR "Abşeron" filialı
    Kod: 805539
    TAX ID: 9900001881
    Corr.Acc .: AZ03NABZ01350100000000002944
    S.W.I.F.T .: IBAZAZ2X

    İsrail vətəndaşlığından imtina etmək prosesi
      İsrail vətəndağından imtina etmək prosesi xaricdə yaşayan İsrail vətəndaşı üçün nəzərdə tutulub, istənilən səbəbdən İsrail vətəndaşlığından imtina etmək olar. Bu, vətəndaşlıqdan imtina etmək istəyi ilə bağlı müvafiq sənədlər və Daxili İşlər Nazirliyinə icazənin verilməsi barədə ərizə verməklə həyata keçirilir.
    Qeyd etmək vacibdir ki, vətəndaşlıqdan imtina barədə qərarı Daxili İşlər Nazirinin və ya onun təyin etdiyi hər hansı bir şəxsin qərarı ilə həyata keçirilir və bu icazə verilmədikdə, bəyanat verən şəxs hələ də bir İsrail vətəndaşı sayılır. Qeyd etmək lazımdır ki, nazir müxtəlif səbəblərdən vətəndaşlıqdan imtina edən ərizəçinin müraciyyətinə “yox” cavabını verə bilər.
    İsrail vətəndaşlığından imtina etmək prosesini həyat keçirmək üçün, ərizəsini şəxsən Konsulluq şöbəsinə təqdim etməlidir və aşağıdakıları şərtləri yerinə yetirməlidir:
     • "Xaricdə yaşayan İsrail vətəndaşı üçün qeydiyyat" forması – yükləmək üçün buraya tıklayın
     • Əhalinin qeydiyyat üzrə reyestrına öz şəxsi ailə status barəsində xəbər verməli.
     • Hərbi statusunu müəyyənləşdirməli
     • Yetkinlik yaşına çatanlar üçün - Yetkinlik yaşına çatanlar üçün “İsrail vətəndaşlıqdan imtina haqqında Bəyannamənin” formasını doldurmalıdır (yetkinlik yaşına çatan “İsrailli vətəndaşlıqdan imtina barədə Bəyannamə” formasını endirmək üçün buraya tıklayın)
    • Yetkinlik yaşına çatmayanlar üçün - Yetkinlik yaşına çatmayanlar üçün “İsrail vətəndaşlıqdan imtina haqqında Bəyannamənin” formasını doldurmalıdır (yetkinlik yaşına çatmayanlar üçün “İsrailli vətəndaşlıqdan imtina barədə Bəyannamə” formasını endirmək üçün buraya tıklayın)
    • Vətəndaşlıqdan imtina edən şəxs yerli vətəndaşlığını qəbul edəcək sənədini və yahud yerli orqanlarından vətəndaşləğa aid olan rəsmi məktubunu təqdim etməlidir.(məktub ən azı iki il müddətində qüvvədə olmalıdır).
    Bütün formalar Sokhnutda ivrit dilində doldurula bilər.
                 Ünvan: Bəşir Səfər oğlu küç. 191 m. 42/44
                 telefon: 012-4930756
    Şəhadətnamə üçün tutulan rüsümu Səfirliyin Konsulluq Şöbəsində sənədlərin yoxlanmasından sonra Bankda ödəyə bilərsiz:
           İsrailin Bakıdakı səfirliyi
    IBAN: AZ25IBAZ39010029449414078201
    TAX ID: 9900079761
    IBAR "Abşeron" filialı
    Kod: 805539
    TAX ID: 9900001881
    Corr.Acc .: AZ03NABZ01350100000000002944
    S.W.I.F.T .: IBAZAZ2X
    Qeyd edin:
    Formanın bütün bəndlərini doldurmaq çox vacibdir, əks halda Daxili İşlər Nazirliyi ərizəyə baxış keçirməyəcəkdir.
    İsrail vətəndaşlığından imtına edən şəxs (prosedur bitməmişdən öncə) İsrail pasportundan istifadə etmək istəsə, mütləq Səfirliyyə yaxınlaşıb, imtına prosedurun hansı mərhələdə olmasını dəqiqləşdirməlidir.